Çağrı Mərkəzi: 960
K.İmanov: “Əqli mülkiyyət sisteminin inkişafı olmadan innovativ inkişaf yolu mümkün deyil”

K.İmanov: “Əqli mülkiyyət sisteminin inkişafı olmadan innovativ inkişaf yolu mümkün deyil”

2019-cu il 30 sentyabr – 9 oktyabr tarixlərində Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyası keçirilir. Beynəlxalq tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Kamran İmanov ÜƏMT-nin Baş Assambleyasının açılış sessiyasında çıxış edib. O, Azərbaycan Respublikasının nümayəndə heyəti adından Assambleya iştirakçılarını salamlayaraq, onun səmərəli işinin fəaliyyətinin əlaqələndirilməsində ÜƏMT-nin Baş direktoru cənab Frensis Qarrinin rəhbərliyi altında Katibliyinin işini yüksək qiymətləndirib, Baş direktorun peşəkarlığı, işgüzarlığı və yüksək mədəniyyətinin təşkilatın səmərəli idarə olunmasında xüsusi əhəmiyyət kəsb etməsini qeyd edib.

Agentliyin rəhbəri həmçinin doktor F. Qarrinin beynəlxalq əqli mülkiyyət sisteminin inkişafına töhfə verən, innovasiya, yaradıcılıq və davamlı inkişafı təşviq edən fəaliyyətini dəstəklədiyini bildirib.

O, vurğulayıb ki, texnologiyaların təsiri altında dinamik şəkildə dəyişən dünya, yeni yaranan qlobal çağırışlar milli dövlətlərin qarşısına qlobal dəyişikliklərin mənfi nəticələrini minimallaşdırmaq və dayanıqlı inkişaf yollarını aramaq vəzifələrini qoyur. Müstəqil inkişaf yollarını axtaran və tapan Azərbaycan bu gün ölkə rəhbərliyinin başladığı islahatların yeni mərhələsindən keçir, ictimai tələblərə adekvat həyata keçirilən islahatlar gerçəkliyimizin bütün sahələrinə sirayət edir.

Azərbaycanın islahatçı ölkələrin ilk onluğunda yer aldığını və aparılan islahatların sayına görə dünya ölkələri arasında birinci yerdə olduğunu xüsusi vurğulayan K.İmanov Dünya Bankının “Doing Business 2019” hesabatına görə Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını, ölkəmizin inamlı innovativ inkişafının Ümumdünya İqtisadi Forumunun hesabatında da əks olunduğunu, həmin sənəddə Azərbaycanın “əqli mülkiyyətin qorunması” alt indeksində 36-cı, “qanunvericilik səmərəliliyi” üzrə 22-ci və“hakimiyyətin fəaliyyəti” üzrə isə 20-ci yeri tutduğunu diqqətə çatdırıb.

O, ölkəmizdə həyata keçirilən islahatların innovativ əsaslarını əks etdirən əqli mülkiyyət sahəsinin mühüm institusional və funksional dəyişikliklərlə müşayiət edildiyini, müəlliflik hüququ və əlaqəli hüquqlar, həmçinin sənaye mülkiyyəti sahələri üzrə səlahiyyətləri özündə birləşdirən Əqli Mülkiyyət Agentliyi yaradıldığını, Respublika Elmi-Texniki Kitabxanasının Agentliyin idarəçiliyinə verildiyini, tabeliyində iki mərkəzin- Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin yaradıldığını bildirib.

Agentliyin nəzdində innovasiyalara dəstək, həmçinin texnologiya transferi və kommersiyalaşdırma mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi istiqamətində geniş miqyaslı işlər görüldüyünü qeyd edən K.İmanov, aparılmış islahatlar nəticəsində özündə üçlük vəhdətli bir formulu – koqnitivlik-kreativlik-kommersiyalaşma (Cognitivity-Creativity-Commercialization - 3C) – birləşdirən özünəməxsus idarəetmə modelinin qurulduğunu vurğulayıb.

Agentliyin rəhbəri qeyd edib ki, əqli mülkiyyət sisteminin inkişafı olmadan innovativ inkişaf yolu mümkün deyil, investisiya və innovasiyanın qorunmasını təşviq edən ƏM sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə iqtisadi islahatların həyata keçirilməsinə xidmət edir. Onun sözlərinə görə, Agentlik çərçivəsində aparılan idarəetmə islahatları nəticəsində ixtiraçılıq və patent fəallığının artırılması üçün tədbirlər hazırlanmış, mübahisələrin məhkəmədənkənar üsullarla (mediasiya) Apellyasiya Komissiyaları vasitəsilə tənzimlənməsi layihələri hazırlanmışdır. Agentlikdə həmçinin patent fəaliyyətinin sürətləndirilməsi və şəffaflığını təmin etmək, habelə blokçeyn texnologiyaları da daxil olmaqla yeni rəqəmsal sistemlərin yaradılması və tətbiq edilməsi məqsədilə fəal iş aparılır.

K.İmanov bildirib ki, Agentliyin əqli mülkiyyət siyasətinin fokusunda 3.0 Universitetlərinin (təhsil+tədqiqat+kommersiyalaşdırma) təşkili, kiçik və orta sahibkarlıqda inovasiyaların stimullaşdırılması, əqli mülkiyyət üzrə təlim mərkəzlərinin yaradılması, startap və spinautlar üçün vergi güzəştləri, milli brendlərin tanıdılması və əlbəttə ki, Respublika Elmi-Texniki Kitabxanasının rəqəmsallaşdırılması dayanır. O, vurğulamışdır: “Xüsusi qeyd etmək istərdim ki, “Universitetlər və elmi-tədqiqat müəssisələrində əqli mülkiyyət siyasəti” layihəsi çərçivəsində biz ÜƏMT, rəqəmsal milli əqli mülkiyyət aqreqatorunun (bazasının) yaradlması məsələsində isəAvropa İttifaqı ölkələri ilə əməkdaşlıq edirik.”

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×