Çağrı Mərkəzi: 960
​Əqli Mülkiyyət Agentliyinə 2018-ci ildə fiziki və hüquqi şəxslərdən, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərindən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı daxil olmuş müraciətlərə baxılmasının nəticələri haqqında məlumat

​Əqli Mülkiyyət Agentliyinə 2018-ci ildə fiziki və hüquqi şəxslərdən, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərindən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı daxil olmuş müraciətlərə baxılmasının nəticələri haqqında məlumat

2018-ci il ərzində sənaye mülkiyyəti obyektləri üzrə ekspertizanın aparılmasına dair 171 ədəd ixtiraya, 41 ədəd faydalı modelə, 40 ədəd sənaye nümunələrinə, 1807 ədəd əmtəə nişanlarına, 5 ədəd coğrafi göstəricilərə dair iddia sənədi daxil olmuşdur.

Avrasiya patentinin alınması ilə bağlı 44 ədəd, Patent Kooperasiyası haqqında Müqavilə (PCT) çərçivəsində 16 ədəd iddia sənədi daxil olmuşdur. Haaqa sistemi vasitəsi ilə sənaye nümunələrinin beynəlxalq qeydiyyatına dair 130 ədəd bildiriş daxil olmuşdur. Madrid sazişi çərçivəsində yerli iddiaçılar tərəfindən əmtəə nişanının beynəlxalq qeydiyyatına dair 8 ədəd müraciət daxil olmuşdur.

Müvafiq dövlət reyestrlərində ixtiralara dair 64 ədəd patent qeydiyyata alınmışdır, onlardan 54-ü milli hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair 16 ədəd patent qeydiyyata alınmışdır, onlardan 15-i milli hüquqi şəxslərə məxsusdur. Sənaye nümunələrinə dair 24 ədəd patent qeydiyyata alınmışdır, onlardan 11-i milli hüquqi şəxslərə məxsusdur. Müvafiq Dövlət reyestrində 1070 ədəd əmtəə nişanı qeydiyyata alınmışdır, onlardan 720-si milli fiziki və hüquqi şəxslərə məxsus olmuşdur. Coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 12 ədəd şəhadətnamə milli hüquqi şəxs adına qeydiyyata alınmışdır.

Sənaye mülkiyyəti obyektləri üzrə 95 ədəd müqavilə qeydiyyata alınmışdır. Onlardan 82 ədədi əmtəə nişanları üzrə, 1 ədədi ixtira üzrə hüquqların verilməsinə, 12 ədədi əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.

Müəlliflik hüquqları ilə bağlı 2018-ci il ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilmiş və əsərlərin qeydiyyatı haqqında 574 şəhadətnamə verilmişdir, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında 16 şəhadətnamə verilmişdir.

2018-ci il ərzində kiçik və orta sahibkarlıq subyektlərindən sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanları və sənaye nümunəsi) qeydiyyatı ilə bağlı 747 müraciət daxil olmuşdur. Bununla bağlı müvafiq dövlət reyestrlərində 457 ədəd əmtəə nişanı və 9 ədəd sənaye nümunələrinə dair patent qeydiyyata alınmışdır.

Kiçik və orta sahibkarlıq subyektlərinin müraciətləri əsasında sənaye mülkiyyəti obyektləri üzrə 52 ədəd müqavilə qeydiyyata alınmışdır. Onlardan 40 ədədi əmtəə nişanları üzrə hüquqların verilməsinə, 7 ədədi əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.

Müəlliflik hüquqları ilə bağlı isə, 2018-ci il ərzində kiçik və orta sahibkarlıqla məşğul olan 13 hüquqi şəxs Agentlikdə 31 əsər dövlət qeydiyyatından keçirmişdir. Bunlardan 5-i dizayn əsəri, 1-i audiovizual, 3-ü kompüter proqramı, 3-ü elmi əsər, 1-i ədəbi əsər və 18-i təsviri sənət əsəri olmuşdur.

15.02.2019

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×