Qaynar xətt: 960
​Əqli Mülkiyyət Agentliyinin kollektivi Xocalı soyqırımı qurbanlarını yad edib

​Əqli Mülkiyyət Agentliyinin kollektivi Xocalı soyqırımı qurbanlarını yad edib

Bu gün xalqımıza qarşı törədilən ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümüdür.

Bu dəhşətli faciənin ildönümü ilə əlaqədar Azrəbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Aparatının və tabeliyindəki qurumların kollektivi Bakı şəhərində keçirilən ümumxalq yürüşündə iştirak edib, Xocalı soyqırımı qurbanlarının abidəsinin önünə güllər düzüb və faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə hər iki valideynini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

26.02.2019

startup5startup1startup2https://www.eapo.org/ru/Aggression of Armenia against Azerbaijan
Search×
Onlayn Konsultasiya-

Onlayn Konsultasiya

?