Qaynar xətt: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndələri Qırğızıstanda tədbirdə iştirak ediblər

Əqli Mülkiyyət Agentliyinin nümayəndələri Qırğızıstanda tədbirdə iştirak ediblər

2019-cu il 15-16 may tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Qırğızıstan Respublikası Hökuməti yanında Əqli mülkiyyət və innovasiya üzrə dövlət xidmətinin (Qırğızpatent) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət siyasəti və qadınların əqli mülkiyyətdə roluna fokuslanan əqli mülkiyyət problemləri” mövzusunda regional seminar keçirilib.

Tədbirdə ÜƏMT-nin mütəxəssisləri, Belarus, Böyük Britaniya, Qazaxıstan və Monqolustanın nümayəndələri, Qırğızıstanın elmi-tədqiqat müəssisələrinin əməkdaşları iştirak edib. Seminarda ölkəmizi Əqli Mülkiyyət Agentliyinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin İnformasiya sektorunun aparıcı məsləhətçisi Simuzər Abdullayeva və Agentliyin tabeliyindəki Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira və faydalı modellərin ekspertizası şöbəsinin Kimya və biotexnologiya sektorunun aparıcı məsləhətci eksperti Natəvan Talışova təmsil ediblər.

Tədbirdə “Universitet və elmi-tədqiqat müəssisələrində əqli mülkiyyət siyasəti” və “Qadınlar və əqli mülkiyyət sistemi” mövzuları əsas müzakirə predmeti olub, həmin mövzuların mahiyyəti barədə açıqlamalar verilib və konseptual fikir mübadiləsi aparılıb.

Müzakirələr əsasən hazırki dövrdə universitet və elmi-tədqiqat müəssisələrindəki əqli mülkiyyət siyasətinin cari vəziyyəti ilə bağlı olub. Seminarda çıxış edən məruzəçilərin təqdimatlarında həm dünya təcrübəsi, həm də təmsil etdikləri ölkələrin universitet və elmi tədqiqat müəssisələrindəki əqli mülkiyyət siyasəti, texnologiyaların transferi və kommersiyalaşdırılması, eyni zamanda bu məsələ ilə əlaqədar qadınların rolu vurğulanıb. Seminara xarici ölkələrdən dəvət olunan qonaqlar öz ölkələrindəki startapçı qadınlar və universitetlərdəki əqli mülkiyyət siyasəti barədə məruzələr ediblər.

Ölkəmizdən olan nümayəndələr çıxışlarında gender bərabərliyi, müasir Azərbaycan qadınının ictimai həyatdakı fəal rolu və Azərbaycandakı universitet və elmi-tədqiqatmüəssisələrindəki əqli mülkiyyət siyasəti məsələləri barədə məlumat veriblər.


startup5startup1startup2https://www.eapo.org/ru/Aggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×