Qaynar xətt: 960
“Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı ilə bağlı Agentliyin şərhi

“Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı ilə bağlı Agentliyin şərhi

“Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə bağlı Əqli Mülkiyyət Agentliyinin şərhi

Yeni informasiya texnologiyalarının sürətli inkişafı və informasiya texnologiyaları-əqli mülkiyyət əlaqəsinin güclənməsi, əqli mülkiyyətin ənənəvi mədəni funksiyaları ilə yanaşı, vacib iqtisadi və sosial amilə çevrilməsi daim əqli mülkiyyət sahəsində qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsini zəruri edir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 8-ci bölməsinin 3-cü abzasında da əqli mülkiyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, kontrafaksiya da daxil olmaqla, əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı səmərəli tədbirlər görülməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir.

Bununla əlaqədar, Əqli Mülkiyyət Agentliyinin təklifləri əsasında son illər beynəlxalq təcrübə nəzərə alınmaqla əqli mülkiyyət hüquqlarının qorunması üzrə qanunvericilik və normativ hüquqi aktlara bir sıra dəyişikliklər edilmişdir.

Müəllif əsərlərinin dövlət varidatı elan edilməsi təcrübəsi sovet dövründə də mövcud olmuş, lakin belə qərarlar Moskvada qəbul edilirdi. Hazırki dövrdə müstəqil dövlət oldaraq milli qanunvericiliyimizdə dövlət varidatı məsələsi öz əksini tapmışdır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 27-ci maddəsinə əsasən, Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət varidatı elan edilə və ondan istifadəyə görə xüsusi ödənişlər müəyyənləşdirilə bilər. Belə qərarın qəbul edilməsi həmin əsərlərin hüquqi qorunmasını, həmçinin onların müəlliflərinin şəxsi qeyri-əmlak hüquqlarının qorunmasının daha yüksək səviyyədə təmin edilməsinə əlavə imkanlar yaradır.

“Əsərlərin dövlət varidatı elan edilməsi qaydaları”na əsasən, Əqli Mülkiyyət Agentliyi ictimai varidat dairəsinə aid edilmiş Azərbaycan müəlliflərinin elm, ədəbiyyat və incəsənət əsərlərindən elmin, ədəbiyyatın, kino tarixinin və incəsənətin zənginləşməsində müstəsna rol oynayan, geniş oxucu və tamaşaçı kütləsinin dərin rəğbətini qazanan, habelə yüksək bədii, estetik və sənətkarlıq dəyərlərinə malik olan əsərləri aidiyyəti dövlət orqanları və yaradıcılıq təşkilatları ilə razılaşdırmaqla seçərək, onların dövlət varidatı elan olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir.

Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlərin müəyyən edilməsi ilə bağlı bildiririk ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının dərəcələrindən istifadə və müəllif qonorarının hesablanması və ödənilməsi qaydaları”nın 3-cü hissəsində dövlət varidatı elan edilən əsərlərə görə müəllif qonorarının Əlavə 3-də göstərilən tarif dərəcələrinə (bir əsərin, yaxud proqramın kütləvi ifasına görə biletlərin satışından əldə edilən ümumi pul yığımından faizlə) uyğun qaydada tam miqdarda hesablanması və hesablanmış məbləğin Agentlik tərəfindən yığılaraq, bütövlükdə dövlət büdcəsinə köçürülməsi öz əksini tapmışdır.

Qərarda əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Agentliyin xəzinə hesabına köçürülməsi öz əksini tapmışdır.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 17-24-cü maddələrinə uyğun olaraq, dövlət varidatı elan edilmiş əsərlərdən müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı ödəmədən istifadə oluna bilər.

Dövlət varidatı elan edilmiş əsərlərin müəlliflərinin Qanunda təsbit edilmiş şəxsi hüquqları pozulduqda, əsərin mənası dəyişdirildikdə, məzmunu təhrif olunduqda, həmin müəlliflərin vərəsələri və yaxud Agentlik tərəfindən həmin hüquqların bərpası məqsədilə müvafiq məhkəmə iddiası qaldırılır.

Bununla yanaşı, bu “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” dövlət varidatı elan edilmiş əsərlərin dövlət sifarişi əsasında və dövlət büdcəsindən ayrılmış vəsait hesabına qeyri-kommersiya məqsədilə istifadəsinə şamil olunmur.

“Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəliQərarının qəbul edilməsi son illər ölkəmizdə ictimai varidat dairəsinə keçmiş klassik müəlliflərimizin əsərlərinin qorunmasına diqqətin gücləndirilməsi, əsərlərin təkrar kütləvi tirajla çap olunması, yayılması və təbliği, bütövlükdə mədəni irsimizə hər cür dövlət qayğısının artırılması məqsədlərinə xidmət edir.

startup5startup1startup2https://www.eapo.org/ru/Aggression of Armenia against AzerbaijanHerbi tecavuz
Search×