Çağrı Mərkəzi: 960
Avrasiya Patent Təşkilatının İnzibati Şurasının növbəti iclası keçirilir

Avrasiya Patent Təşkilatının İnzibati Şurasının növbəti iclası keçirilir

2023-cü il 5-7 dekabr tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının 43-cü (30-cu növbəti) iclası keçirilir.

Hibrid formatda təşkil olunan tədbirə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya Federasiyası, Tacikistan və Türkmənistanın əqli mülkiyyət qurumlarının rəsmi şəxsləri, həmçinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndələri qatılıb.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin idarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda onlayn formatda iştirak edir.

Tədbirdə Təşkilatın 2023-cü il büdcəsində dəyişikliklər və 2024-cü il büdcəsi təsdiq olunub.

İclasın gündəliyinə APT-nın rüsumların ödənilməsi ilə bağlı bəzi aktlarına, APT-nın Patent Təlimatına, Avrasiya Patent Konvensiyasının (APK) İnzibati Təlimatına və APT İnzibati Şurasının Reqlamentinə dəyişikliklər və əlavələrin edilməsi, Avrasiya Əczaçılıq Reyestri haqqında Əsasnamənin təsdiq edilməsi, Qazaxıstan Respublikasında Təşkilatın filialının açılması, APT-nın vitse-prezidentinin seçilməsi və digər məsələlər salınıb.

Tədbirdə həmçinin APT ilə APK iştirakçısı olan dövlətlərin milli patent idarələri arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında məruzə dinlənilib və 2024-cü ildən başlayaraq bir neçə sahələr (sənaye mülkiyyəti reyestrlərindən məlumat mübadiləsi, Avrasiya iddia sənədlərinin milli patent idarələri tərəfindən elektron şəkildə təqdim edilməsi, patent məlumatlarının mübadiləsinin həyata keçirilməsi, əqli mülkiyyət sahəsində süni intellekt texnologiyalarının istifadəsi, məlumat sistemlərinin komponentlərinin birgə istifadəsi) üzrə layihələrin prioritet qaydada birgə həyata keçirilməsi tovsiyyə edilib.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×