Çağrı Mərkəzi: 960
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində 2 fevral Gənclər Gününə həsr edilmiş “Gəncliyə yeni pəncərə” adlı tədbir keçirilib

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində 2 fevral Gənclər Gününə həsr edilmiş “Gəncliyə yeni pəncərə” adlı tədbir keçirilib

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi –Texniki Kitabxanasında (RETK) 2 fevral Gənclər Gününə həsr edilmiş “Gəncliyə yeni pəncərə” adlı tədbir keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsi qaziləri və iştirakçıları, ictimai birliklərin nümayəndələri və universitetlərin tələbələri iştirak edirdilər.

Əvvəlcə qonaqlar RETK-nın “Nadir kitablar” fondu ilə tanış oldular. Sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edildi. Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli çıxışında qeyd etdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, prezident Cənab İlham Əliyev tərəfindən davam etdirilən Dövlət Gənclər siyasəti yüksək intellektə malik, savadlı, istedadlı, eyni zamanda cəsur, qəhrəman gənclərin yetişməsində böyük rol oynayır. 44 günlük Vətən müharibəsində gənc əsgər və zabitlərimizin şücaəti, torpaqlarımızın uzun müddət davam edən işğalına son qoyulması buna bariz nümunədir.

Sonra RETK-nın əməkdaşı Leyla İsazadə “İlham Əliyev və Gənclər Siyasəti” mövzusunda çıxış etdi. O, qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Bu gün respublikamızda 43 Olimpiya idman kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında qələbələr əldə etməsi buna əyani sübutdur.

Sonda tədbirdə “Qalib sərkərdə-qəhrəman gənclik” adlı videomaterial nümayiş etdirildi.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×