Çağrı Mərkəzi: 960
​Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Milli Aviasiya Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü, akademik Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib

​Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Milli Aviasiya Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü, akademik Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib

Təbrikdə deyilir

Hörmətli Arif müəllim,

Sizi - görkəmli alim və pedaqoqu, elm və təhsil təşkilatçısını, müstəqil Azərbaycanımızın tərəqqisi, dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifah halının daha da yaxşılaşması naminə misilsiz xidmətlər göstərən tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik!

Yüksək zəkası və istedadı ilə seçilən, əsl ziyalıya xas əxlaqi keyfiyyətləri və kübar dəyərləri özündə birləşdirən görkəmli şəxsiyyət, bir-alim vətənpərvər kimi elmi və ictimai həyatdakı fəaliyyətiniz, müstəqil dövlətimizin təkcə regionda deyil, dünya miqyasında nüfuzunun dahada yüksəlməsi uğrunda çalışmağınız Sizə sonsuz hörmət və sevgi qazandırmışdır.

Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, bir sıra beynəlxalq akademiyaların həqiqi üzvü kimi ardıcıl və məqsədyönlü fəaliyyətiniz hamımızda qürur hissi doğurur və cəmiyyətdə doğma Azərbaycanımıza dərin məhəbbətin və yüksək peşəkarlığın nümunələri kimi dəyərləndirilir.

Azərbaycan Respublikasında səmərəli elmi fəaliyyətinizə və təhsilin inkişafında xüsusi xidmətlərinizə görə müstəqil dövlətimizin orden və medalları ilə təltif edilməyiniz, Əməkdar elm xadimi, Azərbaycanın Dövlət Mükafatı laureatı adlarına layiq görülməyiniz Sizin əməyinizə verilən yüksək qiymətin bariz nümunəsidir.

Əminik ki, yüksək vətənpərvərlik və milli təəsübkeşlik, dönməz əqidə və prinsipiallıq, insanpərvərlik kimi şəxsi keyfiyyətləriniz, zəngin idarəçilik qabiliyyətiniz və peşəkarlıq xüsusiyyətləriniz bundan sonrada Azərbaycan elminin yüksəlməsinə şərait yaradacaqdır.

Bu əlamətdar gündə Sizi təbrik etməkdən məmnunluq hissi duyur və möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən və qüdrətlənən doğma Azərbaycanımızın tərəqqisi və elminin inkişafı naminə şərəfli fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayırıq!

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×