Çağrı Mərkəzi: 960
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbəri beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbəri beynəlxalq konfransda çıxış edib

Bu ilin 6 dekabr tarixində Moskva şəhərində Avrasiya Patent Təşkilatı və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının təşkilatçılığı ilə “IP Avrasiya/IP Hindistan’23” mövzusunda əqli mülkiyyət və texnologiya üzrə beynəlxalq Avrasiya konfransı keçirilir.

Konfrans əqli mülkiyyətin bazar münasibətlərinə inteqrasiyası, əqli mülkiyyətin rəqəmsallaşdırılması, o cümlədən süni intellekt sistemlərinin inkişafı ilə əlaqədar əqli mülkiyyət hüquqları sahəsində yaranan məsələlərə, həmçinin Avrasiya ölkələrinin Hindistan ilə əməkdaşlığının inkişafı perspektivlərinə həsr olunub.

Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyevin moderatorluğu ilə tədbirin açılış hissəsində Rusiya Federasiyasının İqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç, Ümümdünya Əqli Mülkiyyət Təşkilatının Keçid və inkişaf etmiş ölkələri departamentinin rəhbəri Habip Asan, Rusiya Federasiyası Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsinin sədri Liliya Qumerova, Rusiyanın Əqi Mülkiyyət üzrə Federal Xidmətinin (Rospatent) rəhbəri Yuriy Zubov və başqaları çıxış ediblər.

Beynəlxalq konfransa onlayn rejimdə qoşulan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Əqli mülkiyyət iqtisadi artım prizmasında” mövzusunda beynəlxalq elmi araşdırmalara əsaslanan geniş məruzə ilə çıxış edib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×