Çağrı Mərkəzi: 960
​Hüquqşünaslar və hüquq təhsili alan tələbələr üçün əqli mülkiyyət mövzusunda seminar keçirilmişdir

​Hüquqşünaslar və hüquq təhsili alan tələbələr üçün əqli mülkiyyət mövzusunda seminar keçirilmişdir

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Ticarət Palatasının və ABŞ Ticarət Departamenti Kommersiya Hüququnun İnkişafı Proqramının birgə təşkilatçılığı ilə “Hüquqşünaslar və hüquq təhsili alan tələbələr üçün əqli mülkiyyət” mövzusunda seminar keçirilib.

Konfransda Əqli Mülkiyyət Agentliyini Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdiri - baş hüquqşünas İqbal Əsgərov, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev iştirak ediblər.

Tədbirdə Agentliyin yaranması, strukturu, müəllif hüquqlarının qeydiyyatı, hüquqların kollektiv əsasda idarə edilməsi, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markalarının tətbiqi, “Çağrı Mərkəzi”nin fəaliyyəti, ixtira və faydalı modelin PCT beynəlxalq sistemi vasitəsilə patentləşdirilməsi və onların ilk üç il müddətinə qüvvədə saxlanılması üçün hüquq sahiblərinin ödədiyi xərclərin 50 faizinin dövlət büdcəsindən ayrılan vəsaiti hesabına maliyyələşdirilməsi, habelə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent İdarəsi ilə əməkdaşlıq istiqamətində Agentlik tərəfindən aparılan işlər haqqında geniş məlumat verilib.

Əqli mülkiyyət hüquqları xüsusi hüquq olduğu üçün hüquqları pozulmuş şəxslər Agentliklə əməkdaşlığa dəvət olunub.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv-dövlətlərinin Baş Assambleyasının keçən il keçirilən 64-cü iclasında Agentliyin İdarə Heyətinin sədri cənab Kamran İmanovun növbəti dəfə yekdilliklə 180-dək ölkəni birləşdirən “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası İttifaqı”nın Assambleyasının sədri seçilməsi faktının Azərbaycanın Əqli Mülkiyyət sahəsində əldə etdiyi uğurlara dünya miqyasında verilən qiymət olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Seminarda iştirak edən Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin mələhətçisi Həsən Musayevə və Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin məsləhətçisi Kənan Eyvazlıya “Əqli Mülkiyyət üzrə hüquqşünaslar və hüquq tələbələri üçün” seminarda iştiraka görə beynəlxalq sertifikatlar təqdim olunub.



Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×