Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində şəffaflığa və əlçatanlığa doğru atılan addım

Əqli Mülkiyyət Agentliyində şəffaflığa və əlçatanlığa  doğru atılan addım

Əqli Mülkiyyət Agentliyi bütün fəaliyyət istiqamətlərində şəffaflığı və əlçatanlığı əsas prioritet hesab edərək bu sahədə zamanın çağırışlarına uyğun yeni-yeni addımlar atır. Bu addımlardan biri “Açıq reyestrlər”dir. Bəs “Açıq reyestrlər”nə deməkdir ?

Adətən müxtəlif növ əqli mülkiyyət obyektlərinə ekspertiza keçiriləndən sonra qorunma hüququ verilir və Əqli Mülkiyyət Agentliyində aparılan dövlət reyestrində yerləşdirilir. Bunlar haqqında məlumatı Agentliyin dərc etdiyi “Bülleten”dən əldə etmək mümkündür. Lakin bu iş xüsusi bilik və təcrübə tələb edir. Bu prosesi daha kütləvi etmək üçün “Açıq reyestrlər”dən istifadə olunur.

Məlumat bazası rolunu oynayan reyestrlərdə ixtira, faydalı model və sənaye nümunələrinə verilən patentlər haqqında məlumatlar toplanır. Hər bir kəs həmin bazada reyestrə maneəsiz və ödənişsiz daxil olmaq imkanı əldə edəcək, qüvvədə olan və olmayan patentlər haqqında o cümlədən, digər lazım olan məlumatlarla tanış olacaqlar. Patent alanlar xüsusilə də patent almaq istəyənlər üçün “Açıq reyestr” daha əlverişli informasiya bazası olacaq. Çünki hər bir patent almaq istəyən şəxs onun ixtirasına uyğun milli ixtiranın olub-olmaması barədə məlumatı əvvəlcədən əldə edə biləcək.

Həm də hər kəs bu informasiya mənbəyinin köməyi ilə qeydiyyata alınmış ixtiralar, faydalı modellər və sənaye nümunələri barədə məlumat axtarışını aparmaq, patentlərin statusunu öyrənmək, patent müəllifləri və sahibləri haqqında və digər zəruri məlumatları əldə etmək imkanı qazanacaq. “Açıq reyestrlər” informasiya resursunun tətbiqi Əqli Mülkiyyət Agentliyi tərəfindən davamlı olaraq həyata keçirilən, əlçatanlıq və şəffaflıq siyasətinin əhəmiyyətli hissəsi olacaqdır. Qeyd olunmalıdır ki, “Açıq reyestrlər” Əqli Mülkiyyət Agentliyində öncədən yaradılan “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH)” rəqəmli informasiya sistemindən sonra şəffaflığa və əlçatanlığa doğru atılan növbəti addımdır. Reyestrlərdə olan məlumatlar Azərbaycan dili ilə yanaşı, həm də rus dilində olacaq.

Hazırda layihə test rejimində işləyir və tezliklə ictimaiyyətin istifadəsinə veriləcəkdir.

İkinci mərhələdə isə tez bir zamanda əmtəə nişanları üçün də “Açıq reyestr” fəaliyyətə başlayacaq. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×