Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində xidmətin keyfiyyətinin yüksəldilməsi prioritet məsələdir

Əqli Mülkiyyət Agentliyində xidmətin keyfiyyətinin yüksəldilməsi prioritet məsələdir

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların uğurlu nəticələri dünyanın bir sıra ölkələrində məmnuniyyətlə istifadə olunur. Şəffaflıq, asan xidmət, əlçatanlıq və vətəndaş məmnunluğu idarəetmədəki islahatların əsas prioritetini təşkil edir. Bu gün dövlət strukturlarımız xüsusilə xidmət sahəsindəki işlərini bu prinsiplər əsasında həyata keçirmək üçün bütün imkanları səfərbər etməyə çalışırlar. Aparılan uğurlu və məqsədyönlü siyasət nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə xalqa xidmət müstəvisində yeni yanaşma mexanizmləri ortaya qoyulub. Bu baxımdan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi öz işini ölkə başçısının müəyyənləşdirdiyi siyasətə uyğun həyata keçirərək daha yüksək nəticələr əldə etməyi əsas məqsəd və vəzifə hesab edir.

Əqli Mülkiyyət Agentliyi vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin artırılması istiqamətində ardıcıl işlər görməkdədir. Bu baxımdan Agentlikdə fəaliyyət göstərən dəfələrlə böyük məmnuniyyətlə misal çəkdiyimiz “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi xüsusi əhəmiyyət daşıyır. Sistem əqli mülkiyyət obyektləri, o cümlədən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin, habelə ixtira və patent fəallığının daha da artmasına müsbət təsirini göstərmiş, bu sistem vasitəsi ilə tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi açıqlığı, operativliyi və şəffaflığı təmin etmiş, əqli mülkiyyət üzrə göstərilən dövlət xidmətlərinin səmərəsini və səviyyəsini yüksəltmişdir.

Bəs bunu konkret hansı faktlarla göstərmək olar?

Məlumdur ki, ixtira, faydalı model və sənaye nümunələri ilə bağlı iddia sənədi Agentliyə daxil olduqdan sonra həmin sənədlərin ekspertizası keçirilir. Ümumi qaydaya görə ekspertizanın müddəti 12 ay təşkil edir. Lakin 2023-cü ildə bu iş Agentlikdə 8-9 ay müddətində aparılmışdır. Bundan əlavə MDB məkanında ilk olaraq iddia sənədlərinin 3D formatında qəbulu həyata keçirilmişdir. Agentlik tərəfindən vətəndaş məmnunluğu yaradan digər bir misal əmtəə nişanlarına dair iddia sənədinin mahiyyət üzrə ekspertizasıdır. Bu prosedurun müddəti azaldılaraq orta hesabla üç ay təşkil etmişdir. Halbuki, beynəlxalq təcrübədə bu müddət 6-12 aydır. Xidmət sahəsində atılan digər uğurlu addım sürətli ekspertiza ilə bağlıdır. Belə ki, sürətli ekspertizanın müddəti ötən il bir aydan 14 günə qədər azaldılmışdır.

Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendinin hədəf bazarlarında aktiv təşviqi və ixrac həcminin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Agentlik tərəfindən sahibkarlara göstərilən hüquqi-məsləhət xidmətləri nəticəsində milli iddiaçılar tərəfindən beynəlxalq qeydiyyat üçün 17 iddia sənədi verilmişdir (2022-ci ildə bu rəqəm12 olub).

Yeni infrasturktur layihələri sırasında yaradılmış “Çağrı Mərkəzi”nə yalnız ötən il ərzində 24 mindən çox müraciət daxil olmuş və hər bir müraciət operativ qaydada cavablandırılmışdır.

Əqli Mülkiyyət Agentliyinə olunan hər bir müraciət dəqiqliklə araşdırılır, müraciət edənlərin məmnunluğu yüksək səviyyədə həll olunur.

Xidmət işinin daha da təkmilləşdirilməsi və yüksəldilməsi üçün bütün imkanlar bundan sonra da səfərbər olacaq. Bu iş Agentliyin qarşısına qoyduğu əsas vəzifə və prioritetdir.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×