Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq tədbirdə

Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq tədbirdə

Cenevrə şəhərində Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olan və müşahidəçi ölkələrin dövlət qulluqçuları üçün “Ticarət və ictimai səhiyyə” mövzusunda seminar təşkil olunub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə sıx əməkdaşlıqda təşkil edilən seminarın əsas məqsədi ictimai səhiyyə, ticarət və əqli mülkiyyət arasında qarşılıqlı əlaqələrə vahid yanaşmanın formalaşdırılması idi.

Beynəlxalq tədbirdə 30 ölkənin dövlət qurumlarının əməkdaşları iştirak edib. Seminarda ölkəmizi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İnformasiya texnologiyaları şöbəsinin müdir müavini – mətbuat katibi Elnur Məmmədli təmsil edib.

Seminarın keçirildiyi günlərdə ÜTT, ÜST, ÜƏMT və digər beynəlxalq təşkilatların əməkdaşları, özəl sektorun nümayəndələri tərəfindən “Əqli mülkiyyət lisenziyaları və texnologiyaların transferi”, “İnnovasiyalar və tibbi texnologiyalar”, “İctimai səhiyyə məhsullarının ticarətində tendensiyalar, tariflər və qeyri-tarif tədbirləri”, “Regional ticarət sazişlərində səhiyyə ilə bağlı müddəalar”, “Səhiyyə satınalınması və əqli mülkiyyət” və digər mövzularda məruzələr edilib, iştirak edən ölkələrin bu sahədə təcrübələri barəsində fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.





Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×