Çağrı Mərkəzi: 960
Rusiyada Ümumdünya Gənclər Festivalı keçiriləcək

Rusiyada Ümumdünya Gənclər Festivalı keçiriləcək

2024-cü ilin 1-7 mart tarixlərində Rusiyanın “Sirius” Federal Ərazisində Ümumdünya Gənclər Festivalı keçiriləcək.

Beynəlxalq tədbirdə Rusiya və xarici ölkələrin 18-35 yaş arası 20 min nümayəndəsinin, o cümlədən min nəfər 14-17 yaşlı gənclərin iştirak edəcəyi gözlənilir.

Festival çərçivəsində müxtəlif mövzularda mühazirələrin keçirilməsi, sərgilər, mədəni mübadilə proqramları, idman yarışları, birgə təlimlər və səyahətlərin təşkil olunması nəzərdə tutulub.

Festivalda iştirak müsabiqəli seçim əsasında həyata keçirilir. Müsabiqə seçiminə qeydiyyat 2023-cü il dekabrın 1-də başa çatacaq.

Tədbir haqqında ətraflı məlumatı Ümumdünya Gənclər Festivalının internet səhifəsindən əldə etmək mümkündür.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×