23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü
23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-nun Baş konfransının Paris şəhərində keçirilən 28-ci sessiyasında təsis edilib və hər ilin 23 aprel tarixində bütün dünyada təntənəli şəkildə qeyd olunur.
Əqli Mülkiyyət Agentliyi bu gün münasibətilə oxucuları və müəllifləri təbrik edir, nailiyyətlər arzulayır.