Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

Bu günlərdə Türkiyə Respublikası Balıkesir Universitetinin təşkilatçılığı ilə Balıkesir şəhərində İnzibati hüquq və inzibati yurisdiksiya üzrə beynəlxalq simpozium keçirilib. “Yeni texnologiyalar, informasiya texnologiyaları, süni intellekt” mövzusuna həsr olunan tədbirə Türkiyə Respublikasının məhkəmə sistemi və təhsil müəssisələrinin əməkdaşları, o cümlədən Azərbaycan, Bosniya və Herseqovina, Qazaxıstan və Özbəkistanın nümayəndələri qatılıb.

Simpoziumda iştirak edən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin böyük məsləhətçisi Əkbər Əliyev Agentliyin İdarə Heyətinin sədri professor Kamran İmanovun salamlarını çatdırıb və “Süni intellekt əqli mülkiyyət hüquq münasibətlərinin yeni trendi” mövzusunda çıxış edib. O, mövzu ilə bağlı ətraflı məlumat verib, bu istiqamətdə müxtəlif dövlətlərin qanunvericiliyi və təcrübəsinin müqayisəli təhlili ilə əlaqədar nəticələri təqdim edib.

Tədbirin sonunda məruzəçilərə, o cümlədən Ə.Əliyevə sertifikat təqdim edilib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×