“Kuratorluq fəaliyyəti ilə məşğul olan şəxslər üçün mentorluq” mövzusunda təlim təşkil edilib
13-14 noyabr 2023-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Anar Həsənov tərəfindən Bakı şəhərində yerləşən mərkəzi icra hakimiyyəti orqanlarında mentorluq və kuratorluq fəaliyyətini həyata keçirən dövlət qulluqçuları üçün “Kuratorluq fəaliyyəti ilə məşğul olan şəxslər üçün mentorluq” mövzusunda təlim keçirilib.
Təlimdə Əqli Mülkiyyət Agentliyinin İnformasiya texnologiyaları şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Aytən Səttarzadə iştirak etmişdir.