Çağrı Mərkəzi: 960
​Əqli Mülkiyyət Agentliyində Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib

​Əqli Mülkiyyət Agentliyində Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib

21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) “Dilimiz qürur mənbəyimizdir” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Qardaş Türkiyədə zəlzələ nəticəsində həyatını itirmiş insanların və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Respublika Elmi-Texniki Kitabxanasının direktor müavini Mübariz Məmmədli Ana dilimizə olan dövlət qayğısından danışıb. Sonra RETK-nın əməkdaşları öz çıxışlarında dilin inkişaf tarixindən, onun qorunmasından bəhs ediblər.

“Elmi-Texniki tərəqqinin dilimizə təsiri və sıradan çıxan dillər” mövzusundakı çıxış əyani vasitələrlə təqdim edilib.

Azərbaycanın qeyri-maddi sərvətlərinin qorunması istiqamətində böyük və əhəmiyyətli işlər görən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi barədə ətraflı söhbət açılıb.

Tədbirin sonunda “Dilimiz qürur mənbəyimizdir” adlı videomaterial nümayiş etdirilib.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×