Çağrı Mərkəzi: 960
2022-ci ilin 9 ayı ərzində Əqli Mülkiyyət Agentliyində 2 mindən çox sənaye mülkiyyəti obyekti qeydiyyatdan keçirilib

2022-ci ilin 9 ayı ərzində Əqli Mülkiyyət Agentliyində 2 mindən çox sənaye mülkiyyəti obyekti qeydiyyatdan keçirilib

2022-ci ilin 9 ayı ərzində Əqli Mülkiyyət Agentliyi tərəfindən ixtiraya dair 62, faydalı modelə dair 22 və sənaye nümunəsinə dair 20 pa­tent verilmiş, 2231 əmtəə nişanı və bir coğrafi göstərici qeydiyyata alınmışdır.

Eyni zamanda, patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 337, əmtəə nişanına dair şəhadətnamələrin qüvvədə olma müddətinin uzadılması barədə 597, əmtəə nişanlarına dair 968 və patentlərə dair 3 dəyişikliklər edilməsi haqqında bildiriş qeydiyyata alınmışdır.

Həmin dövr ərzində Agentlik tərəfindən sənaye mülkiyyəti obyektləri üzrə 100 müqavilə qeydiyyata alınıb. Onlardan 87-si əmtəə nişanları üzrə hüquqların ve­­ril­mə­­sinə (206 əmtəə nişanına dair), 5-i iddia sənədi üzrə əmtəə nişanı üçün hü­quq­­ların ve­­ril­mə­­sinə (9 əmtəə nişanına dair), 5-i əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə (9 əmtəə nişanına dair), 3-ü patent üzrə hüquqların verilməsinə dair (8 patent üzrə) aiddir.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×