Çağrı Mərkəzi: 960
Bəstəkar Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsərinin erməni plagiatı ilə bağlı Əqli Mülkiyyət Agentliyinin şərhi

Bəstəkar Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsərinin erməni plagiatı ilə bağlı Əqli Mülkiyyət Agentliyinin şərhi

Görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsərinin Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən “Qaram dardzats” adı altında ifa edilməsi mənimsənilməsi və Youtube platformasında yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılmışdır.

İfa olunan “Qaram dardzats” adlı musiqi əsəri (https://www.youtube.com/watch?v=Berg7dsldeI) Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” musiqi əsəri ilə üst-üstə düşür. Bildiririk ki, “Zərif gülüşlüm” əsəri Cahangir Cahangirovun 1969-cu il 18 dekabr tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınmış və müvafiq kataloqa daxil edilmişdir.

Musiqi sonralar bir sıra Azərbaycan musiqi nəşrlərinə də daxil edilmişdir (Cahangir Cahangirovun 1971-ci ildə çap olunmuş “Mahnılar (fortepiano ilə oxumaq və xor üçün)”). Bu mahnı həmçinin Azərbaycanın məşhur ifaçılarından Şövkət Ələkbərova (https://www.youtube.com/watch?v=2qkKlQH5EMs) və İslam Rzayev (https://www.youtube.com/watch?v=4z_BArF0kQ4) tərəfindən də ifa edilmiş, YouTube kanallarına yüklənmişdir.

Əqli Mülkiyyət Agentliyinin ekspertləri bəstəkar Eldar Mansurov və Faiq Sücəddinovun rəylərinə əsasən müəyyən edilmişdir ki, ifa olunan “Qaram dardzats” adlı mahnı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsəri ilə eynidir. Bu da o deməkdir ki, Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən ifa edilən “Qaram dardzats” musiqi əsəri plagiatdır və məşhur Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsərinin adı “Qaram dardzats ” adı ilə əvəz olunaraq təhrif edilmişdir. Youtube kanalında yerləşdirilmiş Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən musiqi əsəri haqqında verilən məlumatda Cahangir Cahangirovun adı göstərilməməklə onun müəllif kimi şəxsi hüquqları, Youtube kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi-nəzərindən isə əmlak hüquqları pozulmuşdur. Youtube kanalında mahnı haqqında verilən məlumatda aranjemançı kimi Khachik Sahakyan göstərilmişdir. Müəllif-hüquq qanunvericiliyi baxımından mahnının arenjeman edilməsi üçün müəlllifdən və ya onun vərəsələrindən icazə alınmalıdır.

Bu hal eyni zamanda Azərbaycanın milli qanunvericiliyinin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzv olduqları Ümumdünya Əqli Mülkiyyət Təşkilatınının (ÜƏMT) inzibati idarəçiliyində olan “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının ermənilər tərəfindən kobub şəkildə pozulmasıdır.

Qeyd etmək istəyirik ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanaraq beynəlxalq təşkilatlara göndərilir, kütləvi informasiya vasitələrində yayılır, Agentliyin nümayəndələrinin iştirak etdiyi yerli və beynəlxalq tədbirlərdə ətraflı məlumatlar verilir və erməni saxtakarlığı ifşa olunur.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×