Çağrı Mərkəzi: 960
ÜƏMT-nin nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

ÜƏMT-nin nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Bakıda səfərdə olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyəti Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovla birgə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov qonaqları Mərkəzin fəaliyyəti ilə tanış edib. Ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi sahəsində aparılan işlər, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətə fəal inteqrasiyası istiqamətində atılan addımlar barədə məlumat verilib.

Görüşdə bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də əlilliyi olan insanların və digər həssas qrupların yaradıcı potensialının inkişafının və cəmiyyətə təqdim edilməsinin dəstəklənməsinə xidmət edir.

Qonaqlar Cənubi Qafqaz regionunda ilk dəfə olaraq çoxşaxəli fəaliyyət sahələrini əhatə edən və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan Mərkəzdə yaradılan şərait, təlim prosesi, benefisiarların hazırladıqları əl işləri, yaradıcılıq nümunələri ilə yaxından tanış olub.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×