Çağrı Mərkəzi: 960
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyəti Xarici İşlər Nazirliyində olub

 Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyəti Xarici İşlər Nazirliyində olub

Bakıda səfərfə olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyəti Xarici İşlər Nazirliyində olub.

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın aidiyyəti qurumları ilə ÜƏMT arasında geniş əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib, əqli mülkiyyətin qorunması sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyətin bir sıra istiqamətləri barədə məlumat verib. O, Ermənistan tərəfindən ərazilərimizin 30 illik işğalı dövründə yer adlarımızın dəyişdirilməsi, Azərbaycana məxsus olan mədəni sərvətlərin və mədəni irs obyektlərinin Ermənistan tərəfindən talan edilməsi və ya adlarının dəyişdirilməsi, Azərbaycana məxsus digər mədəni irs nümunələrinin Ermənistan tərəfindən mənimsənilməsini diqqətə çatdırıb.

Görüşdə qonaqlara postmünaqişə dövründə Azərbaycan tərəfindən aparılan intensiv yenidənqurma və bərpa prosesləri barədə məlumat verilib, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesinin başlaması və bu prosesə başlıca əngəl kimi Ermənistan tərəfindən basdırılmış mina təhlükəsi xüsusi qeyd olunub.

H.Kleyb Azərbaycan ilə ÜƏMT arasındakı mövcud əməkdaşlıqdan məmnun qaldığını, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin bir sıra ölkələrin bu sahədə fəaliyyəti üçün nümunə təşkil etdiyini, Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa dəyərli töhfə verdiyini bildirib. O, əqli mülkiyyət sahəsində təhsil istiqamətində əməkdaşlıq potensialının mövcud olduğunu diqqətə çatdırıb.



Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×