Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri ilə görüşüb
Ölkəmizdə səfərdə olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleyb Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla görüşüb. Görüşdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov da iştirak edib.
Söhbət zamanı Azərbaycanda startapların və innovativ sahibkarlığın inkişafı, əqli mülkiyyətlə bağlı kiçik və orta biznes subyektlərinə dəstək göstərilməsi müzakirə edilib, ÜƏMT ilə birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.