Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Əqli Mülkiyyət Agentliyi tərəfindən şəffaflığın və əlçatanlığın təmin olunması sahəsində həyata keçirilən tədbirlər davam etdirilir. Artıq xəbər verdiyimiz kimi, bir müddət əvvəl Agentliyin hazırladığı Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri (“Açıq reyestr”) istfadəyə verilmişdir. Bu vaxtadək “Açıq reyestr”ə ixtiralar və faydalı modellər haqqında məlumatlar daxil edilmişdir.

İndi isə görülmüş son yenilənmə işlərindən sonra sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər barədə məlumatlar da “Açıq reyestr”ə daxil edilib.

Artıq Sənaye Mülkiyyəti Obyektlərinin Reyestrində qeyd olunan bütün sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı haqqında məlumatlar üzrə axtarış aparılması mümkündür. Hər bir kəs “Açıq reyestr”ə sərbəst daxil olaraq sənaye mülkiyyəti obyektinə uyğun milli qeydiyyatların olub-olmaması barədə məlumatı əvvəlcədən öyrənə bilər.

Sənaye Mülkiyyəti Obyektlərinin Reyestrinə daxil olmaq üçün Əqli Mülkiyyət Agentliyinin internet səhifəsindən (https://copat.gov.az/) və ya birbaşa https://reyestr.copat.az/ linkindən istifadə etmək mümkündür.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×