Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edir

Əqli Mülkiyyət Agentliyi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edir

Əziz Müəllimlər, gününüz mübarək!

Bu gün münasibəti ilə Sizi ürəkdən təbrik edir, ailə rifahı, vacib və çətin peşənizdə uğurlar arzu edirik. Müəllim peşəsi şərəfli və məsuliyyətlidir. Məhz buna görə də sizlərə bu şərəfli fəaliyyəti yerinə yetirməyiniz üçün yaradıcı güc arzu edirik. Cəmiyyətin həssas və dəyərli təbəqəsi olan müəllimlərə qayğı dövlətimizin daim diqqətindədir. Gələcəyimiz təhsilə, təhsilimiz isə müəllim adını şərəflə daşıyan pedaqoqlarımızla bağlıdır. Millətin tərəqqisi elmdən, bilikdən asılıdır.

Təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur”.

Hörmətli və dəyərli müəllimlər, Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Sizi bir daha 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayır.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×