Əqli Mülkiyyət Agentliyi tərəfindən “YAŞAT” Fonduna vəsait köçürülüb
Əqli Mülkiyyət Agentliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna işçilərin əmək haqlarından 64.000 (altmış dörd min) və Agentliyin əldə etdiyi vəsaitdən 36.000 (otuz altı min) olmaqla, ümumilikdə 100.000 (yüz min) manat məbləğində vəsait köçürmüşdür.