Beynəlxalq tədbir
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) hal-hazırda “Əqli Mülkiyyət və qabaqcıl texnologiyalar” mövzusunda onlayn tədbir keçirir. Tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin əməkdaşları da iştirak edir. Tədbir iki gün davam edəcək. Müzakirələrlə bağlı ətraflı məlumat veriləcək.