Çağrı Mərkəzi: 960
Sənaye mülkiyyəti obyektlərinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenlərinin 2023-cü ildə ilk nömrələri çapdan buraxılıb

Sənaye mülkiyyəti obyektlərinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenlərinin 2023-cü ildə ilk nömrələri çapdan buraxılıb

Sənaye mülkiyyəti obyektlərinə (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenləri 1996-cı ildən nəşr olunur. Bülletenlərin hər birinin ildə 12 nömrəsi çapdan buraxılır.

“Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 2023-cü ilin yanvar ayında ilk nömrələrinin çap və elektron variantları işıq üzü görüb.

İxtiralar, faydalı modellər və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülleteninin 1-ci nömrəsində 7 ixtiraya və 1 faydalı modelə aid iddia sənədləri barədə məlumatlar verilib.

Bu nömrədə həmçinin Dövlət Reyestrinə daxil edilmiş 5 ixtira və 2 milli sənaye nümunələri patentləri haqqında məlumatlar dərc olunub. İstifadəçilər “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizəyə verilmiş 9 beynəlxalq sənaye nümunəsi barədə məlumatlarla da tanış ola biləcəklər.

Eyni zamanda, bülletəndə patentlərin qüvvədəolma müddətinin uzadılması ilə bağlı ixtira üzrə 25, faydalı model üzrə 8 və sənaye nümunələri üzrə 9 bildiriş də dərc edilib.

İddiaçılar və digər maraqlı şəxslər əmtəə nişanlarına və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülleteninin 2023-cü ilin yanvar ayında işıq üzü görmüş 1-ci nömrəsində isə Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 343 əmtəə nişanı barədə dərc edilmiş məlumatlarla tanış ola biləcəklər. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarına dair iddia sənədlərindən 238-i hüquqi şəxslər, 70-i fiziki şəxslər və 35-i iddiaçıların rəsmi nümayəndəsi qismində patent müvəkkilləri tərəfindən Agentliyə təqdim edilib.

Bülletenin bu nömrəsində əmtəə nişanı sahibinin adının və (və ya) ünvanının dəyişdirilməsi barədə 84, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 39, qüvvədə olan əmtəə nişanlarının etibarsız hesab edilməsi barədə 2 bildiriş də dərc olunub.
Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×