Çağrı Mərkəzi: 960
26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa”

26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa”

26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən təsis edilib. Bu tarixin seçilməsi “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis olunması haqqında Konvensiya”nın 1970-ci il 26 aprel tarixində qüvvəyə minməsi ilə əlaqədardır.

Beynəlxalq Əqli Mülkiyyət Gününün təsis olunması əqli mülkiyyətə və onun yaradıcılarına hörmət hissindən irəli gəlmişdir. Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə hər il dünyanın əksər ölkələrində keçirilən müxtəlif tədbirlərin əsas məqsədi əqli mülkiyyətin mədəni irsin zənginləşməsində, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı rolunu diqqətə çatdırmaq, əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın təşviqində oynadığı rolu göstərmək, yaradıcı insanların fəaliyyətini dəstəkləmək və stimullaşdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirməkdir.

Beynəlxalq Əqli Mülkiyyət Günü 2001-ci ildən başlayaraq Azərbaycanda da qeyd olunur və hər il bununla əlaqədar tədbirlər təşkil edilir. Bu il Beynəlxalq Əqli Mülkiyyət Günü bütün dünyada “Əqli mülkiyyət və Dayanıqlı inkişaf məqsədləri: Ümumi gələcək naminə innovasiya və yaradıcılıq” devizi altında keçirilir.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×