Çağrı Mərkəzi: 960
Avrasiya patentləşməsinin lider universitetləri

Avrasiya patentləşməsinin lider universitetləri

2022-ci ildə Avrasiya Patent Təşkilatına (APT) üzv olan ölkələrdən 43 universitet Avrasiya patenti almaq üçün iddia ərizəsi ilə bu təşkilata müraciət edib. Rusiya, Azərbaycan, Qazaxıstan və Belarusun ali təhsil müəssisələri siyahının liderləri sırasındadırlar.

2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universiteti, Belarus Dövlət Universiteti, Semey Tibb Universiteti (Qazaxıstan), Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, Rusiya İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universiteti Avrasiya patenti almaq üçün hər biri üç iddia ərizəsi verərək, liderlər siyahısında 10-cu yeri bölüşüblər. Qalan yerlər Rusiya ali məktəblərinin payına düşür.

Hər biri 10-dan çox iddia ərizəsi verən Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universiteti və İnnopolis Universiteti reytinqin liderləri arasındadırlar. Azərbaycan Respublikası, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyadan olan 25 ali məktəb iki və daha çox Avrasiya iddia ərizəsi verib. 2022-ci ildə Qırğızıstandan reytinqə daxil edilən yeganə ali məktəb - Qırğız-Rusiya Slavyan Universiteti - iki iddia ərizəsi vermişdir.

Ali təhsil müəssisələri ixtiralara dair iddia ərizələrini daha şox aşağıdakı sahələr üzrə verirlər: “Tibb və baytarlıq” (23%-dən artıq), “Ölçmə və optika” (19%-dən artıq), “Nəqliyyat” (8%-dən artıq), “Elektrotexnika” (7%), “Fiziki və kimyəvi proseslər” və “Materialların emalı və laylı materiallar” (hər biri - 5%).



Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×