Çağrı Mərkəzi: 960
23 aprel Ümumdünya Kitab və müəlliflik hüququ Günü münasibəti ilə YUNESKO-nun Baş direktoru Odri Azulenin müraciəti

23 aprel Ümumdünya Kitab və müəlliflik hüququ Günü münasibəti ilə YUNESKO-nun Baş direktoru Odri Azulenin müraciəti

1616-cı ilin aprel ayının 23-də öz əsərləri ilə yazı və ədəbi yaradıcılıq ənənələrində köklü çevriliş etmiş dünya ədəbiyyatının iki dühası, iki öncülü – Servantes və Şekspir dünyadan köçüblər.

23 aprelin Ümumdünya Kitab və müəlliflik hüququ Günü seçilməsinin səbəbi budur.

Kitaba layiq olduğu dəyəri verməklə biz oxumaq, yazmaq, tərcümə, nəşretmə kimi fəaliyyətləri də alqışlayırıq. Bu fəaliyyətlər insanlara yüksəlmək və özünü təsdiq etmək üçün kömək edir. Biz həmçinin fundamental yolla həmin fəaliyyətlər üçün zəruri olan azadlıqları təşviq edirik.

Kitablar ən təməl insan azadlıqlarının bəzilərinin, ilkin olaraq da ifadə azadlığı və nəşretmə azadlığının kəsişməsindədir. Bunlar kövrək azadlıqlardır. Bu azadlıqlar bir çox ölkələrdə müəlliflik hüququ və mədəni müxtəliflik məsələlərindən tutmuş müəlliflər, jurnalistlər və naşirlər üzərində dayanan fiziki təhlükələrə qədər bir çox çətinliklərlə üzləşməklə yanaşı, hətta bu günümüzdə məktəblər hücuma məruz qaldıqda, əlyazmalar və kitablar məhv edildikdə də inkar olunur.

Bizim borcumuz dünyanın hər yerində bu azadlıqları qorumaq, savadsızlıq və yoxsulluqla mübarizə aparmaq məqsədilə yazmağı və oxumağı təşviq etmək və sülhün əsasını gücləndirmək, o cümlədən nəşretmə ilə əlaqəli peşə və peşəkarları qorumaqdır.

UNESCO Beynəlxalq Naşirlər Asossiasiyası və Kitabxana Asossiasiyaları və İnstitutları Beynəlxalq Federasiyası ilə birgə əməkdaşlıqda dəyərləndirməyə və müdafiəyə haqlı olaraq layiq olan naşir fəaliyyətini ona görə dəstəkləyir ki, çap şəklində olan əsərlərin mübadiləsi ifadə azadlığı, ictimai müzakirə və dialoqun möhkəmlənməsinə əhəmiyətli töhfə verir.

Bu məqsədlə Beynəlxalq Naşirlər Asossiasiyası sözünü deyən və müəlliflərə öz ifadə azadlıqlarından istifadə etməyə imkan yaradan naşirlərin cəsarətini hər il dəyərləndirən Volter Mükafatını təsis etdi.

Afina şəhəri bütövlükdə əhalinin, o cümlədən miqrantların və qaçqınların da kitablara əlçatımlığını təmin edən nəşriyyat sektoruna dəstək olmaq üzrə proqramının keyfiyyətinin tanınması üçün 2018-ci ilin Dünya Kitab Paytaxtı elan edildi.

Gəlin Afina və bütün beynəlxalq ictimaiyyət ilə birlikdə özündə yaradıcılığı təcəssüm etdirən, sərhədlər arasında ideya və bilikləri paylaşmağa imkan verən kitabları qeyd etmək və qarşılıqlı anlaşma və dialoqu gücləndirmək üçün birləşək.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×