BEYNƏLXALQ TƏDBİR
Xəbər verdiyimiz kimi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) “Əqli Mülkiyyət və qabaqcıl texnologiyalar” mövzusunda tədbir keçirib.
Hibrid formatda keçirilən tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin əməkdaşları ilə yanaşı Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Portugaliya, Türkiyə, Malayziya, Andorra, Amerika Birləşmiş Ştatları, Uruqvay, Nigeriya, Vyetnam, Fransa, Koreya, Polşa, Argentina və ÜƏMT-na üzv olan digər dövlətlərdən nümayəndələr iştirak ediblər.
ÜƏMT-in baş direktoru Daren Tanq açılış nitqi ilə çıxış edib. “Siz nə vaxtsa metakainatda olmusunuzmu?” mövzusu ilə başlayan beynəlxalq tədbirə əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın inkişafında oynadığı rol barədə dialoqa giriş edilib.
Sonra “Elmi fantastikadan reallığa doğru”, “Kod sındırılana qədər bütün informasiya səs-küy kimi idi” və “metakainatı deşifrə edərkən” mövzülarında müzakirələr olub.
Birinci paneldə çıxış edənlər bildiriblər ki, bəziləri metakainatı inkişafın növbəti mərhələsi olduğunu qeyd edirlər. Onların fikirinə görə metakainat inkişafın növbəti mərhələsi olub, qarşılıqlı əlaqədə olduğumuz və həyatımızı yaşadığımız transformativ inqilabdır. Digərləri isə bunu ya mövcud video oyun platformaları üzərində yenilik, ya da mövcud olmayan reallıq kimi qəbul edirlər. Qrup mərhələsindəki müzakirələrdə məruzəçilər faktları uydurmadan ayırmağa cəhd ediblər. Bu zaman müvafiq texnoloji komponentlər, avadanlıq, platforma, məzmun və köməkçi elementlər, rəqəmsal indentifikatorlar və NFT (əvəz edilməyən və ya unikal token) nəzərə alınıbdır. İştirakçılar həm də gələcəyə baxmağa və metakainat yaratmaq üçün nəyin lazım olduğunu, onun tənzimləyici çərçivəsinin nədən ibarət olduğunu və əqli mülkiyyətin bu sahədə hansı rol oynaya biləcəyini müzakirə ediblər.
Paneldə metakainatı ərsəyə gətirən memarların planları, çertyojları və əqli mülkiyyət ilə bağlı biliklər, eyni zamanda metakainatın iqtisadiyyatı,metakainatda həyat, iş, oyun və əqli mülkiyyət ilə bağlı biliklər mövzusunda müzakirələr olub. Tədbirin birinci gününün yekununda rəqamsal iqtisadiyyatda və virtual reallıqda əqli mülkiyyətin gələcəyi haqqında müzakirə aparılıb.
İkinci gün oyunlar və əqli mülkiyyət göstəriciləri, yurisdiksiya və metakainatda əqli mülkiyyət hüquqlarının həyata keçirilməsi mövzuları müzakirə edilib, metakainatın potensialının həyata keçirilməsi mövzusunda video təqdimat nümayiş edilib.
Sonda bütün ölkələrdən olan nümayəndələrin iştirakı ilə açıq müzakirələr keçirilib.