Çağrı Mərkəzi: 960
​Avrasiya Patent İdarəsinin yeni prezidenti seçilib

​Avrasiya Patent İdarəsinin yeni prezidenti seçilib

2021-ci il 9-10 avqust tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının 38-ci iclası keçirilib. İclasın gündəliyinə APT-nin idarəedici orqanı olan Avrasiya Patent İdarəsinin (APİ) növbəti prezidentinin seçilməsi çıxarılmışdır.

Gizli səsvermənin nəticələrinə görə, Rusiya Federasiyasının namizədi, Rusiya Əqi Mülkiyyət üzrə Federal Xidmətinin (Rospatent) rəhbəri Qriqori İvliyev APİ-nin yeni prezidenti vəzifəsinə seçilib. APİ-nin hazırkı prezidenti Saule Tlevlessovanın səlahiyyət müddəti 2022-ci il 10 fevral tarixində sona çatır.

Tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov təmsil edib.

Qeyd edək ki, Avrasiya Patent Təşkilatı 1994-cü ildə yaradılmışdır, ölkəmiz 1994-cü il 9 sentyabr tarixində Avrasiya Patent Konvensiyasını (APK) imzalamış, 1995-ci ildə isə sənədin ratifikasiya edilməsi ilə təşkilatın tam hüquqlu üzvü olmuşdur. Təşkilat Avrasiya patent sisteminin fəaliyyəti və Avrasiya patentlərinin verilməsinə dair inzibati vəzifələri yerinə yetirmək üçün təsis olunmuş beynəlxalq təşkilatdır. Hazırda təşkilata 8 üzv dövlət daxildir: Azərbaycan, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Ermənistan.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×