Çağrı Mərkəzi: 960
Azərbaycan və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub

Oktyabrın 25-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Keçid və inkişaf etmiş ölkələr bölməsinin direktoru Habip Asan ilə onlayn formatda görüşü keçirilib.

Ölkəmizin ÜƏMT ilə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən K.İmanov artıq ikinci dəfə H.Asan ilə görüşündən məmnun olduğunu bildirdi. Qeyd etdi ki, müasir dövrdə əqli mülkiyyət institutunun qarşısında duran bir sıra nəzəri məsələlərin, o cümlədən müəlliflik hüququ və sənaye mülkiyyətinin qarşlıqlı əlaqəsinin tədqiqinin davam etdirilməsi vacibdir.

K.İmanov əqli mülkiyyətin əsas qolllarından biri olan müəlliflik hüququ sahəsində Milli Strategiyanın bir neçə il əvvəl hazırlandığını qeyd edərək Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamı ilə Əqli Mülkiyyət Agentliyi yaradıldıqdan sonra əqli mülkiyyətin sənaye mülkiyyəti ilə bağlı hissəsini də əhatə edən yeni strategiyanın hazırlanması üzərində iş aparıldığını və bu sahədə ÜƏMT-nin dəstəyinin zəruri olduğunu diqqətə çatdırıb.

Agentliyin rəhbəri Qlobal İnnovasiya İndeksinin (Qİİ) tərtibində bəzi boşluqların olduğunu vurğulayaraq Qİİ-nin Azərbaycana aid hissələrinin geniş təhlilinin aparıldığını, bu məsələnin müxtəlif formatlarda müzakirə olunduğunu bildirib. O, bu sahədə ÜƏMT-nın aidiyyəti struktur bölmələri ilə Qİİ-nin tərtibi məsələləri barədə Azərbaycanın müvafiq strukturlarının nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüşün keçirilməsini təklif edib.

K.İmanov "İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 15 iyun tarixli Fərmanına əsasən ixtira və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdiriləcəyini bildirib.

Görüş üçün təşəkkürünü bildirən H.Asan ÜƏMT-nın ölkəmizlə əməkdaşlığının davam etdirilməsində maraqlı olduğunu vurğulayaraq birgə fəaliyyətin istiqamətlərinin dəqiq müəyyən edilməsinin vacibliyini qeyd etdi. Bildirildi ki, əqli mülkiyyət institutunun müasir çağırışlara cavab verməsi imkanları qarşılıqlı əlaqələr nəticəsində vahid əqli mülkiyyət ekosisteminin formalaşmasından keçib. O, bu prosesdə hüquqi bazanın təkmilləşdirilməsi və hüquqların qorunmasının etibarlığını təmin etməklə bərabər, əqli mülkiyyətin iqtisadi proseslərə daha dərindən nüfuz etməsi, innovasiyaların tətbiqi, texnologiyaların transferi və kommersiyalaşdırılması, kiçik və orta sahibkarlığa dəstək olması ilə cəmiyyətlərin rifahının yüksəldilməsinə yönəldiyini diqqətə çatdırdı.

Görüşdə 2023-cü il ərzində həyata keçiriləcək birgə tədbirlər çərçivəsində əqli mülkiyyətə dair digər məsələlər də müzakirə edilib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×