Çağrı Mərkəzi: 960
Azərbaycan və Fransa arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Fransa arasında əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov Fransanın Türkiyədəki səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri cənab Fransua Vieli qəbul edib.

Sonuncu görüşün COVİD-19 pandemiyasından əvvəl baş tutduğunu bildirən S.Tapdıqov həmsöhbətinə ölkəmizin əqli mülkiyyət sistemində baş verən yeniliklər barədə məlumat verib, o cümlədən iqtisadi tərəqqiyə innovasiyalar vasitəsilə təkan verəcək Agentliyin tabeliyində yeni yaradılan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin fəaliyyət istiqamətlərini açıqlayıb.O, Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanası ilə yanaşı, yeni yaradılan mərkəzin ölkəmizdə əqli mülkiyyət ekosisteminin formalaşmasının əsas faktorlarından biri kimi çıxış edəcəyini bildirib.

S.Tapdıqov həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki parlaq qələbədən sonra Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verib. O, ölkə rəhbərliyinin uğurlu siyasəti nəticəsində ölkəmizdə formalaşan əqli mülkiyyət mədəniyyətinin yerli biznesin əqli mülkiyyət hüquqlarına hörmətinin`artmasına, qanunvericiliyin tələblərinə riayət etməsinə əhəmiyyətli dərəcədə təsir etdiyini xüsusi qeyd edib.

Fransanın coğrafi göstəricilərin qorunması sahəsində qanunvericiliyi haqqında məlumat verən F.Viel birgə fəaliyyətlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb və coğrafi göstəricilərə dair ayrıca ikitərəfli proqramın tərtib edilməsinin mümkünlüyünü bildirib. O, Avropa İttifaqının alətlərindən, o cümlədən Tvinninq layihəsindən istifadə etməyin mümkünlüyünü, eyni zamanda birgə təlim-seminarın təşkilinin də müsbət nəticə verəcəyini söyləyib.

Görüşdə hər iki tərəfin bu sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu nəzərə alaraq mütəxəssislərdən ibarət daha geniş tərkibdə görüşlərin keçirilməsi üçün əlavə danışıqların keçirilməsi barədə razılıq ifadə edilib.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×