Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən onlayn kurslar təşkil olunur
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Akademiyası müəllif hüquqları və əlaqəli hüquqlar, patent, əmtəə nişanları, sənaye nümunələri və əqli mülkiyyətin digər sahələri üzrə onlayn kurslar keçirir.
Təlim proqramları ingilis, fransız, rus və digər dillərdə təşkil olunur.
Onlayn kursları uğurla bitirənlərə elektron sertifikat təqdim ediləcək.
Kurslar ilə bağlı daha ətraflı məlumatı ÜƏMT-nın internet səhifəsindən əldə edə bilərsiniz.