Çağrı Mərkəzi: 960
Azərbaycan ilə Türkiyə arasında əqli mülkiyyət sahəsində anlaşma memorandumu imzalanıb

Azərbaycan ilə Türkiyə arasında əqli mülkiyyət sahəsində anlaşma memorandumu imzalanıb

2022-ci il 4 noyabr tarixində Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş Nazirinin və Türkiyə Respublikasının Vitse-prezidentinin iştirakı ilə keçirilən Azərbaycan-Türkiyə biznes forumunda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Türkiyə Patent və Əmtəə Nişanları Qurumu (Türkpatent) arasında sənaye mülkiyyətinin qorunması haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov və Türkpatentin sədri Cemil Başpınar imzalayıblar.

Anlaşma Memorandumu ölkələrimiz arasında iqtisadi, elmi və texnologiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə töhfə vermək, Azərbaycan və Türkiyədə əqli mülkiyyət hüquqlarının qorunması və təminatı üçün daha əlverişli şəraiti təmin etmək, güclü milli və qlobal iqtisadiyyatın inkişafı üçün innovasiyaya investisiya yatırımını təşviq etmək, biliyə əsaslanan cəmiyyətin qurulması və yeni texnologiyaların tətbiqi üçün əqli mülkiyyət vasitəsilə sahibkarlıq ruhunu gücləndirmək, qurumlar arasında mütəmadi məlumat və yaxşı təcrübə nümunələrinin mübadiləsini təmin edərək və birgə tədbirlər təşkil edərək mövcud əqli mülkiyyət sistemlərini gücləndirmək məqsədi daşıyır.

Anlaşma Memorandumuna əsasən, tərəflər əqli mülkiyyət sahəsində milli qanunvericiliyi və təcrübələri haqqında məlumat mübadiləsi aparmaq və bu məqsədlə konkret əməkdaşlıq fəaliyyətlərini inkişaf etdirmək, Azərbaycan və Türkiyədəki əqli mülkiyyət hüquqları sahiblərinin hüquqlarının qeydiyyatı və effektiv bir şəkildə qorunmasını təmin etmək üçün əməkdaşlıq etmək, regional və beynəlxalq səviyyədə sənaye mülkiyyətinin effektiv qorunmasını təmin etmək üçün üçüncü ölkələr və beynəlxalq təşkilatlarla müştərək əməkdaşlıq imkanlarını inkişaf etdirmək, sənaye mülkiyyəti sahəsində beynəlxalq layihələrdə birgə yanaşmanı formalaşdırmaq, sənaye mülkiyyəti sahəsində ictimaiyyətin düşüncəsinin inkişaf etdirilməsi və maarifləndirmənin artırılması məqsədi ilə görülən işlər barədə məlumat və təcrübə mübadiləsi aparmaq, bu məqsədlə birgə fəaliyyətlər təşkil etmək barədə razılığa gəliblər.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×