Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Avrasiya Patent Təşkilatının İnzibati Şurasının video-konfrans formatında keçirilən iclasında iştirak edib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Avrasiya Patent Təşkilatının İnzibati Şurasının video-konfrans formatında keçirilən iclasında iştirak edib

2020-ci il sentyabrın 10-11 tarixlərində Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının video-konfrans formatında otuz altıncı iclası keçirilib.

Tədbirdə APT-nın üzv-dövlətləri - Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistanın səlahiyyətli nümayəndələri, həmçinin Avrasiya Patent İdarəsinin (APİ) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) nümayəndələri iştirak edib.

İclasın gedişatında sənaye nümunələrinin hüquqi qorunması üzrə Avrasiya sisteminin yaradılması layihəsinin həyata keçirilməsinin vəziyyəti, APT tərəfindən “Patent kooperasiyası haqqında” Müqaviləyə əsasən beynəlxalq axtarış orqanı və beynəlxalq ilkin ekspertiza orqanı statusunun istənilməsi xahişi, Avrasiya Patent Konvensiyasının (APK) Maliyyə təlimatının yenilənməsi, APT çərçivəsində mübahisələrin baxılması prosedurunun təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunub, “Patent kooperasiyası haqqında” Müqavilə ilə uyğunlaşma məqsədilə APK-nın Patent Təlimatına və APT-nın Rüsumlar haqqında Əsasnaməsinə dəyişikliklər edilib.

Azərbaycan Respublikasının APT-nın İnzibati Şurasındakı səlahiyyətli nümayəndəsi, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov müzakirə olunan məsələlər ilə əlaqədar ölkəmizin mövqeyini bildirib və müvafiq təkliflər verib.

Tədbirdə APİ-nin prezidenti Saule Tlevlessovanın APT-nın 2019-cu il üçün hesabatı dinlənilib, APT-nin 2021-ci il üçün büdcəsinə baxılıb və qəbul edilib. APT-nın İnzibati Şurası tərəfindən S.Tlevlessovanın ÜƏMT-nin Baş direktorunun müavini və ya köməkçisi vəzifəsinə irəli sürülməsi qərara alınıb.

İclasın sonunda APT-nın İnzibati Şurasının yeni sədri və müavinləri seçilib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×