Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri “Yaradıcı Azərbaycan” mədəni və yaradıcı sənayelərə dair xüsusi təqdimatda geniş məruzə edib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri “Yaradıcı Azərbaycan” mədəni və yaradıcı sənayelərə dair xüsusi təqdimatda geniş məruzə edib

Martın 10-da Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Yaradıcı Azərbaycan" mədəni və yaradıcı sənayelərə dair xüsusi təqdimat keçirilib.

Tədbirin açılışında çıxış edən mədəniyyət naziri Adil Kərimli ölkəmizdə mədəni və yaradıcı sənayelərə ciddi önəm verildiyini bildirib. O, bu sahənin inkişafı üçün müxtəlif təşəbbüslərin həyata keçirildiyini və dövlətin bu istiqamətdə mühüm addımlar atdığını vurğulayıb.

Nazir Bakı şəhərində “Yaradıcı mərkəz”in təsis edildiyini qeyd edib, bu mərkəzin yaradıcı şəxslərin və startapların dəstəklənməsi üçün mühüm platforma olacağını deyib. A.Kərimli qeyd edib ki, rəqəmsal platformaların yaradılması, mədəni məhsulların onlayn təqdimatı və yeni texnoloji həllərin tətbiqi bu sahənin dayanıqlı inkişafına xidmət edir.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Yaradıcılığı həyat tərzimizə çevirək” mövzusunda geniş məruzə edib.

K.İmanovun salamlama sözü və məruzəsinin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış ediblər.

Tədbirdə həmçinin “İnvest to Create” platformasının idarəedici partnyoru texnoloji innovasiya üzrə israilli mütəxəssis Tal Katran və “Yaradıcı mərkəz”in İcraçı direktoru Lalə Əhmədova təqdimatlar ediblər.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×