Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

Əqli Mülkiyyət Agentliyinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

Avrasiya Hüquq Sahibləri Cəmiyyətlərinin Konfederasiyasının Kollektiv idaretmə sahəsində Beynəlxalq Assosiasiyasının onlayn formatda komitə iclası keçirilib. Beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev və Mərkəzin əməkdaşları iştirak ediblər.

İclasda komitənin bir il ərzində planlaşdırılan fəaliyyət proqramı müzakirə olunub. Tədbirdə Konfederasiyanın üzv-ölkələrində müəlliflik hüququ sahəsində milli qanunvericilik, kollektiv idaretmə təşkilatlarının fəaliyyəti, müəlliflik hüququ sahəsində məhkəmə çəkişmələri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktorunun müşaviri Rüfət Səfərəliyev Azərbaycanın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində milli qanunvericiliyi haqqında məruzə edib.

Tədbirdə çıxış edən Azərbaycan Professional Kinorejissorlar Gildiyasının direktoru Şahirə Tacəddin təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib.



Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×