Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndələri ADA Universiteti ilə tanış olublar
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovla birgə ADA universitetində olub.
ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə qonaqları Universitetin kitabxanası, kampusu ilə tanış edib, ali məktəb haqqında ətraflı məlumat verib. Sonra Universitetin müəllim-professor heyəti və tələbələri ilə görüş keçirilib.
Tədbirdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının fəaliyyəti, Azərbaycan ilə əməkdaşlıq əlaqələri, həyata keçiriləcək ikitərəfli layihələr haqqında məlumat verilib, müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.