Məşhur Azərbaycan bəstəkarı Eldar Mansurovun əsərləri ermənilər tərəfindən oğurlanmışdır
Azərbaycan folklor nümunələri ilə yanaşı, Azərbaycan bəstəkarlarının mahnılarının da erməni ifaçılar tərəfindən mənimsənilməsi faktları geniş vüsət almışdır. Belə ki, Azərbaycanın xalq artisti, Əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurov Əqli Mülkiyyət Agentliyinə müraciət edərək, “Bayatılar”, “O gələndə” , “Bir payız gecəsi” , “Yarı səndə, yarı məndə” və “Gecələr keçir” əsərlərinin erməni ifaçıları tərəfindən mənimsənildiyini bildirərək pozulmuş müəllif hüquqlarının bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir.
Əqli Mülkiyyət Agentliyində aparılmış müvafiq araşdırma nəticəsində müəyyən edilmişdir ki, Eldar Mansurovun müəllifi olduğu “Bayatılar” erməni müğənnilər Mixail Mirzabekov və Aleksandr Şaxunts tərəfindən ifa edilmiş və Youtube kanalında yerləşdirilmişdir (https://www.youtube.com/watch?v=r8t606k6Jks,https://www.youtube.com/watch?v=eRzCwpVBH7M). İfa olunan musiqi əsərləri Azərbaycan bəstəkarı Eldar Mansurovun “Bayatılar” əsərinin musiqisi ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, burada Eldar Mansurovun “Bayatılar” əsərinin adı dəyişdirilərək təhrif edilmiş, eyni zamanda əsərin bəstəkarı kimi onun adı göstərilməmişdir. Bununla, Eldar Mansurovun şəxsi və əmlak hüquqları pozulmuşdur. Sözləri xalq şairi Vahid Əzizə məxsus olan “Bayatılar” mahnısının musiqisi Eldar Mansurov tərəfindən 1988-ci ildə yazılmışdır. Mahnının sözləri Vahid Əzizin 1985-ci ildə "Əllərimin kölgəsi" kitabında çap olunub. Mahnı ilk dəfə 1989-cu ildə müğənni Brilliant Dadaşova tərəfindən ifa edilmiş, Mahnı sonradan dünyanın bir çox dillərində və müxtəlif ölkələrdən olan ifaçılar tərəfindən Eldar Mansurovun razılıgı ilə müxtəlif adlarla ifa edilmişdir (məsələn,Türkmənistandan Aşqabad qrupu – "Bayatılar"(1990), rus müğənnisi Reno Miqranov – "Zdrastvuy" (1990), türk müğənnisi Sezen Aksu– "Zalim" (1995), yunan müğənnisi Petros Dourdoumpakis – "Taxidiariko Pouli" (1995) və s.). Qeyd edilən ifaçılar mahnının adını və sözlərini dəyişərək ifa etsələr də, musiqi müəllifi kimi Eldar Mansurovun adını göstərmişlər.
Azərbaycanda bu mahnı müxtəlif illərdə müğənnilərdən İlqar Muradov (1989) və Faiq Ağayev (1996), skripkada isə Natiq Nuriyev (1989) və Kazbek Əliyev (1995) tərəfindən ifa olunub. 1991-ci ildə keçmiş SSRİ Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Firma Melodiya” səsyazma studiyası tərəfindən buraxılan “Bayatı” adlı alboma daxil edilmişdir.
“Bayatılar” əsəri Eldar Mansurovun 2006-cı il 24 fevral tarixli ərizəsi əsasında Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınmış(3048 nömrəli şəhadətnamə) və dövlət reyestrinə daxil edilmişdir.
Eldar Mansurovun musiqi müəllifi olduğu “O, gələndə” (digər adı “Gülüb getdi”) mahnısı Boka kimi tanınan erməni müğənni Boris Davidyan tərəfindən ifa edilmiş və Youtube kanalında yerləşdirilmişdir (https://www.youtube.com/watch?v=4R6arIxObVA). B.Davidyan mahnının mətn və musiqi müəllifi kimi öz adını göstərmişdir.
“O, gələndə” mahnısı Eldar Mansurov tərəfindən 1988-ci ildə bəstələnib. Hazırda Azərbaycan Radiosunun “Qızıl fond”unda (inventar nömrəsi: 53975-Az, sentyabr 1990-cı il) saxlanılır. Sözləri Piruz Dilənçiyə aid olan “O, gələndə” mahnısı müğənni Arzu Rzayevin ifasında məşhurlaşmışdır. Mahnı “Şahin-R” səsyazma studiyasının istehsalı kimi 2001-ci ildə işıq üzü görən Eldar Mansurovun “Sənsizlik” albomunda, habelə “Böyük Şahinlər” səsyazma studiyasında 2003-cü ildə buraxılan müğənni Arzu Rzayevin ifalarından ibarət “Qayıt, gəl” adlı albomda yer almışdır.
“O, gələndə” mahnısı Eldar Mansurovun2006-cı il 24 fevral tarixli ərizəsi əsasında Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınmış (3049 nömrəli şəhadətnamə) və dövlət reyestrinə daxil edilmişdir.
Eldar Mansurovun1996-cı ildə musiqi bəstələdiyi “Bir payız gecəsi” mahnısı populyar Azərbaycan mahnılarından biridir. Mahnının sözləri xalq şairi Bəxtiyar Vahabzadəyə aiddir. Mahnı ilk dəfə 1996-cı ildə müğənni Aygün Kazımova tərəfindən ifa olunmuş və müğənninin 2000-ci ildə işıq üzü görən “Aygün” albomuna daxil edilmişdir. Həmçinin 2000-ci ildə “Şahin-R” səsyazma studiyası tərəfindən “Cənnət bağı” adlı musiqi albomunda Eldar Mansurovun mahnılarından biri kimi yer almışdır.
Mahnı Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində(indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınmış (4221 nömrəli şəhadətnamə) və dövlət reyestrinə daxil edilmişdir.
Eldar Mansurovun digər mahnıları kimi “Bir payız gecəsi” əsəri də erməni müğənnilər tərəfindən ifa olunmuş və bəstəkarın adı göstərilməyərək Youtube kanalında yerləşdirilmişdir:
(https://www.youtube.com/watch?v=daPXdEkFyDY- Armen Gangur
https://www.youtube.com/watch?v=KLliLuYRqFg- Spitakci Hayko
https://www.youtube.com/watch?v=846s0uShWOk-ARTAKKHACHATRYA
https://www.youtube.com/watch?v=3XCeLbES_gg- Axtamar Armencho
https://www.youtube.com/watch?v=9W9tG0dtbAw - DILANYAN SARGIS
https://www.youtube.com/watch?v=liCn1sQD2Q0 - GOR ASATRYAN
https://www.youtube.com/watch?v=KLliLuYRqFg- Hayko Ghevondyan
https://www.youtube.com/watch?v=hXAh-4wHWPs- Rudolf Muradyan ,
https://www.youtube.com/watch?v=0gpragbyA9A- Sargis Antonyan
https://www.youtube.com/watch?v=4jApJJYgD3E- Vrej Dilanyan
https://www.youtube.com/watch?v=m1al4ZC2Pfc- Manvel Galstyan
https://www.youtube.com/watch?v=q-0C-mgkm4s - Qriqoriy Tarverdyan
https://www.youtube.com/shorts/vktiDGTapW4- Sargis Dilanyan)
Sözləri Nüsrət Kəsəmənliyə, məxsus olan digər məşhur mahnı “Yarı səndə, yarı məndə” adlı mahnı da erməni ifaçılar tərəfindən mənimsənilmişdir. Belə ki, erməni klarnet ifaçısı Eghishe Gasparyan “Yarı səndə, yarı məndə” mahnısını klarnetdə ifa edərək “Mtamolor” adı ilə youtube kanalında yerləşdirmiş və əsərin müəllifi haqqında məlumat verməmişdir.
“Yarı səndə, yarı məndə” mahnısı Ağadadaş Ağayevin ifasında tanınmış və 1998-ci ildə “Bakı&Raks” səsyazma studiyası tərəfindən buraxılan Eldar Mansurovun “Yenə görüşərik” adlı musiqi albomunda yer almışdır.
“Yarı səndə, yarı məndə” mahnısı Eldar Mansurovun ərizəsi əsasında Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində (indiki Əqli Mülkiyyət Agentliyində) 2006-cı ildə qeydiyyata alınmış (3069 nömrəli şəhadətnamə) və dövlət reyestrinə daxil edilmişdir.
Bəstəkar Eldar Mansurovun xalq şairi Vahid Əzizə məxsus olan “Gecələr keçir” adlı mahnı isə erməni müğənni Karen Gevorgyan tərəfindən ifa edilmiş, radiolarda səslənmiş və müxtəlif internet resurslarında mp3 formatında yüklənmişdir (https://music.radio.lol/track/943425-karen-gevorgyan-siro-partez ).
“Gecələr keçir” mahnısı ilk dəfə Aygün Kazımova tərəfindən ifa olunmuşdur. Həmin ifa 2000-ci ildə “Şahin-R” səsyazma studiyası tərəfindən “Gecələr keçir” adlı musiqi albomuna daxil edilmişdir.
Mahnı Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınmış 3060 nömrəli şəhadətnamə ilə dövlət reyestrinə daxil edilmişdir.
Erməni ifaçılar tərəfindən bəstəkar Eldar Mansurovun müəllif hüquqlarının pozulması faktları Əqli Mülkiyyət Agentliyinin musiqi məsələləri üzrə eksperti Azərbaycanın xalq artisti, bəstəkar Faiq Sücəddinov tərəfindən araşdırılaraq, təhlil olunmuş və Youtube kanalında ermənilərin ifasında yerləşdirilən mahnıların Azərbaycan bəstəkarı Eldar Mansurovun müəllifi olduğu musiqi əsərləri ilə tam olaraq üst-üstə düşdüyü müəyyən edilmişdir
Azərbaycan bəstəkarı Eldar Mansurovun yuxarıda göstərilən mahnılarının erməni mahnıları kimi təqdim olunması Azərbaycan və Ermənistanın iştirakçısı olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının ermənilər tərəfindən pozulması deməkdir.
Yuxarıda göstərilən hüquq pozuntularının aradan qaldırılması tələbi ilə Youtube kanalında yerləşdirilmiş mahnıların Eldar Mansurova məxsus olduğu göstərilməsi, əks halda Youtube-dan çıxarılması üçün həmin kanalın Administrasiyasına müraciət olunacaqdır.