“Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfrans keçirilib
2024-cü il 23 aprel tarixində Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfrans keçirilib.
Tədbirdən əvvəl mətbuat üçün brifinq keçirilib.Brifinqdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli media nümayəndələri qarşısında çıxış edib və jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Konfransı giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfrans iştirakçılarını salamlayıb və bu ilki bayram günlərinin xüsusi əhəmiyyətinin olduğunu, ilk dəfə həmin günlərin tam suverenliyini bərpa edən qalib xalqın və müzəffər millətin nümayəndələri tərəfindən bütövlüyünü bərpa edən doğma Vətənimizin hər bir guşəsində qeyd olunduğunu bildirib.
Konfransın açılışında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, millət vəkilləri və digərləri çıxış edərək keçirilən tədbirin əhəmiyyətini vurğulayıb və Əqli Mülkiyyət Agentliyinin bu sahədə həyata keçirdiyi fəaliyyəti yüksək dəyərləndiriblər.
Konfransın işi ilə bağlı daha ətraflı məlumat veriləcək.