Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq seminarda

Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq seminarda

Çin Milli Əqli Mülkiyyət Administrasiyasının təşkilatçılığı ilə 26 may – 1 iyun tarixlərində Pekin şəhərində “Kəmər və yol: əqli mülkiyyət” mövzusunda təlim seminarı keçirilib. “Kəmər və yol: əqli mülkiyyət əməkdaşlığı”na həsr olunan seminarda 25 ölkənin əqli mükiyyət institutlarının beynəlxalq əməkdaşlıq departamentlərindən 27 nümayəndə iştirak etmişdir. Seminar müddətində “CNIPA-ya (China National Intellectual Property Administration) ümumi baxış, Çinin milli əqli mülkiyyət strategiyası, əqli mülkiyyət hüquq sisteminin icmalı, Çində coğrafi göstəricilər sisteminin tətbiqi” mövzularında təlim keçirilib, həmçinin “Kəmər və yol: əqli mülkiyyət Əməkdaşlığı” çərçivəsində iştirakçılara 11 proqram barədə məlumat verilib. Seminarda müxtəlif ölkələrin nümayəndələri öz ölkələrinin əqli mülkiyyət sistemi ilə bağlı iştirakçıları məlumatlandırıblar.

Seminarda iştirak edən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdir müavini - sektor müdiri Nailə Nəsibova “Azərbaycan Respublikasında Əqli Mülkiyyət strategiyası və siyasəti, Əqli Mülkiyyətin idarə edilməsi, hüquq sisteminin icmalı” mövzusunda çıxış edərək son illər əqli mülkiyyət sahəsində görülmüş işlər və yeniliklər barədə ətraflı məlumat verib.

Seminarın sonunda iştirakçılara sertifikat təqdim edilib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×