Çağrı Mərkəzi: 960
Kommersiya sirləri və innovasiyalar mövzusunda simpozium keçiriləcək

Kommersiya sirləri və innovasiyalar mövzusunda simpozium keçiriləcək

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən 2022-ci il 23-24 may tarixlərində İsveçrənin Cenevrə şəhərində “Kommersiya sirləri və innovasiyalar” mövzusunda simpozium təşkil olunacaq.

Tədbir həm texnoloji, həm də xidmət sektorlarında kommersiya sirləri və innovasiyalar arasında əlaqə ilə bağlı məsələlərə həsr olunur. Simpoziumda sürətlə inkişaf edən innovasiya ekosistemində innovasiya və bilik mübadiləsinin dəstəklənməsində kommersiya sirrinin rolu müzakirə olunacaq.

Tədbir hibrid formada keçiriləcək.

Simpozium haqqında əlavə məlumat və qeydiyyat qaydası ÜƏMT-nın internet səhifəsində yerləşdirilib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×