Çağrı Mərkəzi: 960
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında olub

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyəti  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında olub

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov ölkəmizdə səfərdə olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ÜƏMT arasında səmərəli əməkdaşlığın mövcudluğu qeyd edilib, bu əlaqələrin inkişaf etməsi üçün hərtərəfli dəstək ifadə olunub.

Ş.Mövsümov dövlət başçısının rəhbərliyi altında ölkəmizdə əqli mülkiyyət və innovasiya sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.

H.Kleyb Azərbaycan ilə ÜƏMT arasındakı əməkdaşlıqdan məmnun qaldığını ifadə edib. O, əqli mülkiyyət hüquqları ilə bağlı məlumatlılığın artırılması və bu sahədə təhsil istiqamətində əməkdaşlığın genişləndirilməsi potensialının mövcud olduğunu vurğulayıb.

Görüşdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov iştirak edib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×