Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov və Agentliyin kollektivi 27 Sentyabr - Anım Günü münasibəti ilə Zəfər parkını ziyarət edib, Vətən Müharibəsində həlak olan şəhidlərin xatirəsini yad ediblər. Ziyarətçilər tərəfindən Bakıda inşası davam etdirilən Zəfər parkının girişində olan xatirə daşının üzərinə gül dəstələri qoyulub.
Agentliyin Rəhbərliyi və kollektivi şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.