Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində “İxtira, faydalı model və sənaye nümunələrinə dair hüquqlar” mövzusunda təlim kursu davam edir

 Əqli Mülkiyyət Agentliyində “İxtira, faydalı model və sənaye nümunələrinə dair hüquqlar” mövzusunda təlim kursu davam edir

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Milli Təlim Mərkəzində “İxtira, faydalı model və sənaye nümunələrinə dair hüquqlar” mövzusunda təlimlər davam edir.

Təlim kursunda Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira, faydalı model və sənaye nümunələrinin ekspertiazası şöbəsinin müdir müavini, Fizika sektorunun müdiri Sevinc Zeynalova “İxtira, faydalı model və sənaye nümunəsinin patent qabiliyyəti şərtləri”, “İxtira və faydalı modelin vəhdətlik tələbinə cavab verməsinin yoxlanılması”, “Axtarış bazalarında iddia obyekti üzrə axtarışın aparılması qaydaları”, “Qurğu və üsul obyektlərinə aid düsturun tərtib olunması tələbləri” və Kimya sektorunun müdiri Natəvan Talışova "Kimyəvi maddələrə, kompozisiyalara və ya üsullara dair ixtiranın düsturunun tərtibatı ilə bağlı tələblər", "Markuş formulu", "Məlum maddənin yeni təyinatla tətbiqi", "Çoxbəndli düsturun tərtib edilməsi qaydası", "Kimya sahəsi üzrə ixtiranın vəhdətlik tələbi" mövzularında mühazirələr təqdim ediblər.

Təlim çərçivəsində təqdim olunmuş mövzularla bağlı kurs iştirakçıları müvafiq hazırlıq test imtahanı veriblər.

Qeyd edək ki, bir sıra ali məktəblərin nümayəndələrinin iştirak etdiyi təlim kursunun müddəti iki aydır.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×