Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində “İxtira, faydalı model və sənaye nümunələrinə dair hüquqlar” mövzusunda təlimlər keçirilir

 Əqli Mülkiyyət Agentliyində “İxtira, faydalı model və sənaye nümunələrinə dair hüquqlar” mövzusunda təlimlər keçirilir

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Milli Təlim Mərkəzində “İxtira, faydalı model və sənaye nümunələrinə dair hüquqlar” mövzusunda təlim kurslarına başlanılıb.

Təlimin açılışında Agentliyin Aparat rəhbəri Xudayət Həsənli çıxış edərək əqli mülkiyyət sahəsində maarifləndirmə işinin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.

Təlimin müddəti iki aydır. Dinləyicilərə “İxtira, faydalı model və sənaye nümunəsi obyektlərinin ekspertizasının aparılması, qeydiyyata alınması və patent verilməsi”, “İxtira, faydalı model və sənaye nümunəsinin xarici ölkələrdə mühafizə edilməsi”, “İxtira və faydalı modeldən istifadə edilməsi” və “İxtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə Beynəlxalq Təsnifatlar” mövzularında təlimlər keçiriləcək.

Qeyd edək ki, təlim kursunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Sumqayıt Dövlət Universitetinin əməkdaşları iştirak edir.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×