Çağrı Mərkəzi: 960
ZAMANIN VƏ XALQIN TƏLƏBİ !

ZAMANIN VƏ XALQIN TƏLƏBİ !

Azərbaycanın inkişafına çox böyük töhfələr vermiş, ulu öndər Heydər Əliyev bütün dövrlərdə doğma xalqına sədaqətlə xidmət edib.

1960-cı illərdə Azərbaycan keçmiş müttəfiq respublikalar arasında ən geridə qalanlar sırasında idi. Sənaye istehsalı çox aşağı səviyyədə idi, kənd təsərrüfatının inkişafı üçün tədbirlər görülmürdü, bir sözlə iqtiadiyyat demək olar ki, inkişaf etmirdi. 1969-cu ildə ulu öndər Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi ilə qeyd olunan sahələrdə əsaslı dönüş yarandı. Qısa zamanda Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünə görə Sovet ittifaqı miqyasında qabaqcıl yerlərdən birini tutdu. Həmin illərdə Azərbaycan iqtisadiyyatının güclü və möhkəm əsasları qoyuldu. 1960-cı illərin sonu 1970-ci illər Azərbaycanın tarixinə inkişaf və tərəqqi illəri kimi düşdü. Azərbaycan həmin illərdə özünü iqtisadi cəhətdən tam təmin edə bilən Sovet İttifaqı Respublikalarından biri oldu.

Ulu öndər Heydər Əliyev 1982-1987-ci illərdə Sovett İttifaqının ali rəhbərliyində çalışanda da Azərbaycanın inkişafına daim böyük diqqət göstərib.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti respublikada vəziyyəti daha da gərginləşdirirdi.

Vətənin bu ağır dövründə bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətə qayıdışı zamanın və xalqın tələbi idi. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə idi. Ölkədə xaos, anarxiya, böhran hökm sürürdü. İqtisadi və siyasi böhran ölkəmizin gələcək müstəqil həyatını sual altına qoymuşdu. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısı alındı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, sabitlik yarandı və Azərbycan inkişaf etməyə başladı. Əgər o vaxt Heydər Əliyev qətiyyəti, cəsarət və siyasi nüfuzu olmasaydı, müstəqilliyimiz əldən gedə bilərdi. Heydər Əliyevin bacarığı, apardığı siyasi və iqtisadi islahatlar Azərbaycanı həmin illər ərzində çox yüksək zirvələrə qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitlik tam şəkildə bərqərar oldu. Ölkəmizin beynəlxalq müstəvidə öz yerini möhkəmlətməsinə nail oldu və Azərbaycan xalqının sülh və firavanlıq şəraitində yaşamasının gələcək təməlini qoydu. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

1993-2003-cü illər Azərbaycanda sabitlik və inkişaf illəri kimi tarixə düşüb. Məhz o illərdə dövlətçiliyimizin əsasları qoyuldu. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir və Heydər Əliyev müstəqil, müasir Azərbaycanın qurucusudur.

Bu siyasəti layiqincə davam etdirən prezident İlham Əliyev əsası zamanın və xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin edərək, Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsinə, beynəlxalq nüfuzunun sürətlə artmasına və dinamik iqtisadi inkişaf magistralına çıxmasına nail oldu. Məhz buna görə də Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə böyük etimad bəsləyir, onun siyasi kursunu birmənalı şəkildə dəstəkləyirlər. Cəmiyyətdə böyük əksəriyyət bu fikirdədir ki, xalqın inamını doğrultmuş dövlət başçısının uğurla davam etdirdiyi islahatlar hələ uzun illər Azərbaycanın möhkəmləndirilməsi və gücləndirilməsinə, ölkənin iqtisadi qüdrətinin artırılmasına, xalqın layiq olduğu firavanlığa qovuşmasına xidmət edəcəkdir.

Ümummilli lider, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaqdır!

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×